Azərbaycanlı milli-mədəni fəallar zaminə buraxılan Əfşar Mühibblə görüşdülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 21-də bir qrup azərbaycanlı milli-mədəni fəal Ərdəbildə yenicə zaminə buraxılan azərbaycanlı fəal Əfşar Mühibblə görüşüblər.

Əfşar Mühibb görüşdə yaxalanması və həbsdə qarşılaşdığı qanunsuzluqlardan, eləcə də  girov qarşılığında prokurorun onun azadlığa buraxılmasına icazə vermədiyi və s. məsələlərdən danışıb.

Azərbaycanlı milli-mədəni fəal həbsdə olduğu müddətdə milli-mədəni fəalların müxtəlif yollarla ona və ailəsinə dsətk verdiyini bildirib və bundan məmnun olduğunu ifadə edib.

Görüşdə həmçinin gündəlik məsələlərdən və Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni problemlərdən danışılıb. 

Qeyd edək ki, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibb nəhayət 19 yanvar axşam saatlarında 50 milyon tümən girov qarşılığında zaminə buraxılmışdır.

Azərbaycanlı fəal yanvarın 2-də ailəsi ilə telefon dənışığında bildirmişdi ki, müstəntiqin onun azadlığa buraxılmasına dair məhkəmə qərarını icra etməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O bir neçə gün sonra aclıq aksiyasını dayandırmışdı.

Daha öncə azərbaycanlı milli-mədəni fəal Əfşar Muhibbin ailəsi rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinə meüraciət edərək azərbaycanlı fəalın zaminə buraxılması üçün təyin edilən 50 milyon tümənlik vəsiqəni təqdim etmişdilər. Lakin rejimin məhkəmə rəsmilər buna qarşı çıxmışdılar. Xüsusilə həmin şöbənin rəisi Hatif Qasımzadə onlarla vəhşicəsinə davranmışdı.

Azərbaycanlı fəal dekabrın 22-də günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq, İran rejiminin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti aparmaq”da ittiham olunaraq rejimin Ərdəbildəki mərkəzi zindanına köçürüldüyünü bildirmişdi.

Azərbaycanlı milli fəal həmçinin bildirmişdi ki, rejimin Ərdəbildəki zindanının karantin bölməsinə salınıb və zaminə buraxılması üçün 50 milyon tümənlik girov qərarı çıxarılıb.

Əfşar Muhibbin telefon əlaqəsi zamanı həbs səbəblərini izah edə bilməyib. Lakin fəalın yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğu güman edilir.

Əfşar Muhibb bundan öncə 2021-ci il yanvarın 23-də iş yerindən çıxarkən rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilmişdi.

Azərbaycanlı fəal yaxalanma və dindirilməsi barədə məhkəmə qərarı tələb etsə də, buna məhəl qoyulmamış və səbəb də açıqlanmamışdı.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan” qırıcısının F-35-dən üstün olacağı bildirilir

GADTB: “Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil …

İran İrəvandakı Göy məsciddən öz siyasi məqsədləri üçün istifadə edir

GADTB: İrəvan xanlığı dövründə tikilən və Azərbaycanın mədəniyyət incisi sayılan Göy məscid indi İran hökuməti …