Təbrizdə Azərbaycan milli geyimləri sərgisinə pandemiya bəhanəsilə icazə verilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi pandemiya bəhanəsilə Təbrizdə Azərbaycan milli geyimləri sərgisinə mane olublar.

Qeyd edək ki, yanvarın 21-də “Ayın-Oyun” Mədəni Müəssisəsi və bir qrup mədəni fəal və mədəniyyət xadimlərinin təşəbbüsü ilə Təbrizdə Azərbaycanın milli geyimləri sərgisi açılmışdır.

Təbrizin tarixi Hacı Xəlil Qarabaği evində keçirilən sərgidə Azərbaycanın milli və ənənəvi geyimləri nümayiş etdirilirdi. Sərgi Təbriz əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Lakin rejim pandemiyanı bəhanə edərək, sərginin davam etməsinə mane olub.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …