Cümə axşamı , May 9 2024
azfa

Türkiyə parlamenti də Şuşa Bəyannaməsini təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dünyasında böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsini Türkiyə də təsdiq etdi. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsinə dair Qanun təklifi qəbul edilib.

Bununla bağlı fevralın 3-də komissiyanın iclası keçirilib.

Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən Komissiya iclasına xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran da qatılıb. Y.S.Kıran Qafqaz regionunun strateji əhəmiyyətini vurğulayaraq, bölgədəki proseslərin Türkiyə və Azərbaycanın maraqları ilə sıx bağlı olduğunu bildirib.

Müzakirələrdən sonra TBMM-in Xarici İşlər Komissiyası Şuşa Bəyannaməsinin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Öyrənci Hərəkatının il dönümü münasibəti ilə vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1995-cı il mayın 8-də  başlamış öyrənci Hərəkatının il …

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və …