Çərşənbə axşamı , May 7 2024
azfa

İran kanallarının Azərbaycanda qanunsuz yayımının qarşısı alınacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İran kanallarının Azərbaycanda qanunsuz yayımlanması ilə bağlı deyib ki, İran kanallarının Azərbaycan Respublikasının cənub zonasında Azərbaycan milli kanallarının tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox, tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır.

R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:

“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunun real effektini görəcəyik”.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …