Çərşənbə , Sentyabr 23 2026
azfa

Güney Azərbaycanda “Artapan” Sənaye Şirkətinin işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Nəmin şəhərində “Artapan” Sənaye Şirkətinin işçiləri fevralın 12-də etiraz aksiyası keçiriblər. Azərbaycanlı işçilər hüquqlarının tapdalandığı ümün etiraz aksiyası keçiriblər.

“Artapan” Sənaye Şirkətinin işçiləri bidirirlər ki, uzun müddətdir xammal çatışmazlığı ucbatında sənaye müəssisəsinin istehsalının azalıb və müəssisə tətil olmaq ərəfəsindədir. Ona görə də onların aylardır yığılıb qalan əmək haqları ödənilmir.

Qeyd edək ki, Artapan şirkəti İran adlanan ərazidə ən böyük sellüloz məhsulları istehsalçısı və davamlı mexanikləşdirilmiş istehsal üçün əsas fabrikdir.

İran rejiminin rəsmilərinin səriştəsizliyi və istehsalçılara dəstək olmaması səbəbindən müəssisə fəaliyyətini davam etdirə bilmir və yüzlərlə işçi iş yerlərini itirmək təhlükəsi ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …