Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rəsmisi Nizamini yenə İran və fars şairi kimi təqdim etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi ermənilər kimi başqa millətlərin irsini özünə çıxmağa davam edir.

Bu dəfə isə Təbrizdə Nizami Gəncəvi ilə bağlı keçirilən simpoziumda Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin rəisi Qasım Nazimi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi olduğunu iddia edib.

Nizami deyib: “Bir sıra alim və şairlərin, o cümlədən Nizaminin doğum yeri və məzarları İran sərhədlərindən kənarda qalsa da, onların ruhu və yaradıcılığı bütünlüklə İrana məxsusdur”.

O, Nizaminin İran şairi kimi dünyaya tanıtdırılması ilə bağlı plan hazırladıqlarını bildirib.

Kanalda həmçinin qeyd olunub ki, İranın Mədəniyyət və İrşad Nazirliyi ölkənin Təhsil Nazirliyi ilə birlikdə 12-19 mart tarixlərində bir həftə boyunca “Nizami həftəsi”nin keçirilməsini planlaşdırır. Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonunadək tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və universitetlərdə bununla bağlı ədəbi yarışların keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Nizamini özününküləşdirmək üçün İran onillərdir dəridən-qabıqdan çıxır.

Həmçinin yoxlayın

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …