Cümə axşamı , Aprel 18 2024
azfa

İran Ermənistanla ticarət əlaqələrini gücləndirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın sənaye, mədən və ticarət naziri ölkəsinin qonşu dövlətlərlə ticarət və iqtisadi əlaqələrini sadələşdirmək məqsədilə xarici səfərlərinin davamı olaraq bu həftə iranlı biznesmenlərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə Ermənistana səfər edəcək.

Ötən il İranın Kiçik Sənaye və Sənaye Şəhərcikləri Təşkilatı ilə Ermənistanın İnvestisiyaya Dəstək Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Habelə İrəvanda İranın istehsal və sənaye imkanlarını nümayiş etdirən ilk sərgi keçirilib, sərgidə İran şirkətləri fəal iştirak ediblər.

İranın Avrasiya Ticarət İttifaqına daxil olmasından sonra İranın Ermənistanla xarici ticarətində əhəmiyyətli artım müşahidə olunub. Ermənistan bazarı İranın xüsusilə qida, məişət texnikası və quru meyvə sahəsində fəaliyyət göstərən kiçik və orta ticarət müəssisələri üçün xüsusi fürsət sayılır.

Ermənistan sənayesinin İranla sənaye əməkdaşlığına ciddi ehtiyacı var və bu yolla İran əlverişli mənfəət əldə edə bilər. Bu nəticəyə nail olmaq üçün fürsətlərdən vaxtında yararlanmaq lazımdır, çünki əks halda bu qonşu ölkədə İranı başqa dövlətlər və rəqiblər əvəz edəcək.

Qeyd edək ki, Qarabağın işğalı dövründə erməni işğalçılarına hər cür dəstək verən İran hökuməti indi də bütün gücünü işğalçı dövlətlə, özəlliklə iqtisadi və siyasi sahədə əlaqələri genişləndirməyə yönəldib. Son vaxtlar erməni və iranlı rəsmilərin və iqtisadi-ticarət nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərləri də bundan xəbər verir. İranın ağır sanksiyalara məruz qaldığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Svop qaz layihəsinə İranı əlavə edərək, qonşu ölkənin də mənfəət əldə etməsi üçün əlindən gələni etməsinin qarşılığında isə rəsmi Tehran işğalçı Ermənistanla hərtərəfli münasibətləri genişləndirmək üçün bütün gücünü səfərbər edib.

Həmçinin yoxlayın

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …