Cümə axşamı , İyul 30 2026
azfa

Güney Azərbaycan şəhərlərində Telekommunikasiya İdarəsinin təqaüdçüləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  bir sıra şəhərlərində Telekommunikasiya İdarəsinin bir qrup təqaüdçüsü etirqaz aksiyası keçirib.

Aksiya iştirakçıalrı Təbriz, Ərdəbil, Zəncan və s. şəhərlərdə idarənin binası qarşısına  toplaşaraq yaşayış şəraitlərinin çətinliyindən narazılıqlarını bildirib, gecikdirilmiş təqaüdlərinin ödənilməsini istəyiblər.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Telekommunikasiya Şirkətinin 2700 nəfər təqaüdçüsü var və onların çoxunluğu təqaüdlərinin azlığı ilə yanaşı vaxtında ödənilməməsindən narazıdırlar.

Qeyd edək ki, bundan öncə fevralın 22-də Təbriz, Ərdəbil və s. şəhərlərdə Telekommunikasiya İdarəsinin işçiləri etiraz aksiyası keçirərək gecikdirilmiş əmək haqları, bayram ödənişləri, mükafatlar və digər vaxtı keçmiş tələblərinnin ödənilməməsindən narazılıqlarını bildiriblər.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …