Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Yenicə dünyasını dəyişən Rza Bərahəninin Təbrizdə xatirəsi anıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəallar və ziyalılar yenicə dünyasını dəyişən məşhur azərbaycanlı yazıçı və şair Rza Bərahəninin xatirəsini anıblar.

Onlar bu məqsədlə Ərk qalasının qarşısına toplaşıb və azərbaycanlı yazıçının xatirəsini sayğı ilə anıblar.

azərbaycanlı fəallar və ziyalılar Kanadada dünyasını dəyişmiş yazıçı Rza Bərahəninin xatirəsini anmaq üçün Ərk qalasının qarşısına toplanıb və şam yandırıblar.

Anım mərasiminə əhali və azərbaycanlı fəallarla yanaşı bir çox yazıçı, şair, incəsənət xadimi və media nümayəndəsi qatılıb.

Qeyd edək ki, Kanadada yaşayan azərbaycanlı yazıçının oğlu Oktay Bərahəni sosial şəbəkələrdə atasının vəfatı barədə məlumat paylaşmışdı.

 Oktay Bərahəni atasının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirmişdi.

Güney Azərbaycanın Yazıçılar Birliyinin üzvü olan Rza Bərahəni, senzura və söz azadlığına qarşı qoyulan qadağalara etiraz etdiyi üçün Pəhləvi və molla rejiminin təzyiqləri ilə qarşılaşmışdı.

Bərahəni xatirələrində hələ Pəhləvi rejimi dövründən Azərbaycan türkcəsinə görə təzyiqlərlə qarşılaşdığını xatırladaraq yazırdı: “6 yaşımda birinci sinifdə oxuduğum vaxt türkcə inşa yazdığım üçün müəllim inşa yazdığı vərəqi zorla mənə yedirdi”.

Martın 25-də yazıçının oğlu Oktay sosial mediada paylaşım edərək, Kanadanın Toronto şəhərində dünyasını dəyişən atasının vəsiyyətinə əsasən onu Təbrizə aparmaq və orada dəfn etmək istədiklərini yazmışdı.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …