Cümə axşamı , Noyabr 19 2026
azfa

İranın neft naziri Ermənistan baş nazirinin müşaviri ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın neft naziri Cavad Ouci Ermənistan baş nazirinin müşaviri ilə görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.

Cavad Ouci və Artaşes Tumanyan arasında baş tutan görüşdə iki ölkə arasında enerji sahəsində uzunmüddətli əlaqələrin dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın karbohidrogen ehtiyatları çox cüzidir və ehtiyac duyduğu enerjini təmin etmək üçün yanacaq idxalından və keçmiş Sovet İttifaqı dövründə tikilmiş atom elektrik stansiyasından asılıdır. Ermənistanın şərqdə neftlə zəngin qonşusu Azərbaycan və qərb qonşusu Türkiyə ilə siyasi fikir ayrılıqları səbəbindən İrəvan öz enerji tələbatını İran və Gürcüstandan təmin edir.

Bundan öncə erməni mənbələri iki ölkənin İran qazının Ermənistana ixracını artırmaq barədə razılığa gəldiyini bildirib. Hazırda Ermənistan qazının təxminən 80 faizini Rusiya təmin edir.

Xatırladaq ki, 2004-cü ildə Tehran və İrəvan arasında imzalanan 20 illik qaz və elektrik enerjisi mübadiləsinə dair müqaviləyə əsasən, İranın ixrac etdiyi qaz Ermənistandakı elektrik stansiyaları tərəfindən istehlak edilir və bunun müqabilində İran Ermənistandan elektrik enerjisi idxal edilir. Ermənistan 2009-cu ilin ortalarından İrandan qaz idxal edir.

Həmçinin yoxlayın

Zəncanda ustad aşıq “Müslüm Əsgəri”nin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” mərasimi keçiriləcək

GADTB: Zəncanın “İşraq” Ədəbi Birliyi ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” …

Təbrizdə qanlı hadisə: hakim, həyat yoldaşı və azyaşlı övladı öldürülüb

GADTB: Çərşənbə günü axşam saatlarında silahlı şəxs Təbrizin Heydərabad məhəlləsində Xana (Piranşəhr) məhkəmə sisteminin hakimi …