Türkiyə və Özbəkistan arasında 10 əməkdaşlıq müqaviləsi imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Daşkənddə keçirilən Türkiyə-Özbəkistan danışıqları nəticəsində iki türk dövləti arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daşkənddə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə birgə mətbuat konfransı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Daşkəndə səfər zamanı Türkiyə və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 10 müqaviləsi imzalanıb.

Türkiyə Prezidenti qeyd edib ki, tərəflərin imzaladığı sənədlər iki ölkənin məqsədlərinə doğru hərəkətini sürətləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, ötən ilin yekunları üzrə Türkiyə ilə Özbəkistan arasında ikitərəfli ticarətin həcmi 72% artaraq 3,6 milyard dolları keçib. Tərəflər bu göstəricini ilk mərhələdə 5 milyard, daha sonra isə 10 milyard dollara çatdırmağı hədəfləyir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …