Ermənistanla İran arasında növbəti görüş; üçüncü elektrik nəqli layihəsi araşdırılır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin İranın İxracın İnkişafı Bankının sədri və idarə heyəti ilə görüşdə Ermənistandan İrana elektrik enerjisinin nəqli proyektinin tamamlanması ilə bağlı mövcud problemlər nəzərdən keçirilib.

Sözü gedən bankın sədri Seyid Əli Hüseyni layihənin tamamlanmasının vacibliyini vurğulayaraq deyib: “İran və Ermənistan podratçılarının mövcud problemləri qarşılıqlı əməkdaşlıqla dəf edəcəyini və layihəni başa çatdıracaqlarını gözləyirik”.

Sonda o, qeyd edib ki, sözügedənprojənin uğurla tamamlanması iki ölkə arasında gələcək əməkdaşlığa da zəmin yarada bilər.

Xatırladaq ki, son dövrlərdə qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün necə deyərlər dəridən-qabıqdan çıxan İran rejimi Ermənistan bazarının böyük hissəsinə mal ixrac edir və qarşılığında bu ölkədən elektrik enerjisi alır.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …