Cümə , Sentyabr 25 2026
azfa

Ukrayna məhv etdiyi rus hərbçiləri və texnikasının sayını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 40-cı günü üçün Ukrayna Rusiyanın itkiləri haqda məlumat yaydı.

Bununla bağlı 4 aprel tarixinə olan məlumat Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında paylaşılıb.

Bildirilib ki, Rusiya 24 fevraldan indiyə qədər 18.300 əsgər, 647 tank, 1844 hərbi zirehli maşın, 330 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 147 təyyarə, 134 helikopter, 1273 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq-sürtkü sisterni, 92 PUA, 25 xüsusi texnika və 4 operativ taktiki raket kompleksi itirib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …