Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın müstəmləıkə siyasətinin nəticələrindən; Təbrizdə yüzlərlə məktəb yararsızdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yüzlərlə məktəb binası yararsız vəziyyətdədir. Bu barədə Təbrizin birinci bölgəsinin Təhsil İdarəsinin sədri açıqlama verib.

Təhsilin əyanı formada bərpası başladığı vaxtda Təbrizin birinci bölgəsinin Təhsil İdarəsinin sədri İsfəndiyar Sadiqi mətbuata açıqlamasında bildirib ki, həmin bölgədə məktəblərin ən azı 40%-ı istifadəyə yararsızdır.

Sadiqi deyib ki, Təbrizin 1-ci bölgəsində olan məktəblərin 100 faizi aprelin 3-dən əyanı təhsilə keçib. Həmin təhsil ocaqlarında oxuyan məktəblilərin 80%-nın məktəblərə getdiyi bildirilir. Sadiqi bildirib ki, qeyd olunan bölgə məktəblərində təhsil alan məktəbli sayının 75 mindir və onların 40 faizinin təhsil şəraiti standartlara uyğun deyil.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …