Çərşənbə , Sentyabr 23 2026
azfa

Təbrizdə təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən aprelin 10-da Təbrizdə azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər.

Narazı təqaüdçülər bu məqsədlə Sosial Təminat İdarəsinin qarşısına toplaşıblar.

Onlar əməhk haqqı və təqaüdlərin aşağı olmasından, eləcə də əlavə sığorta problemlərindən narazılıq edib və həyat şəraitinin pis olmasından şikayətləniblər.

Qeyd edək ki, İran dövlətinin dağıdıcı siyasəti, ölkələrin gəlirinin terrorun maliyələşdirilməsinə sərf edilməsi nəticəsində əhalinin yaşayış şəraiti pisləşib və nəticədə bütün əhali kimi təqaüdçülərin də sosial durumu ağırlaşıb.

Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən, Qəzvin, Kərəc, Tehran şəhərlərində də təqaüdçülər etiraz aksiyası keçiriblər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …