Çərşənbə , Sentyabr 23 2026
azfa

Güney Azərbaycan yerləşən Qurugöldə ekoloji fəlakət baş verməkdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda  yerləşən Qurugöldə ekoloji fəlakət baş verməkdədir. Güney Azərbaycanın Ocan (Bostanabad) şəhərinin icra hakimi Əbülfəz Paşayi mediaya verdiyi müsahibədə bu barədə açıqlama verib.

Paşayi hazırda Qurugöldə 1 milyon 100 min litr su olduğunu bunun ötən ilin oxşar dövürü ilə müqayisədə 500 min litr azaldığını bildirib.

Əbülfəz Paşayi deyib: “Qurugölün illik su həcmi 3 milyon 800 min kubmetrdən artıqdır. Ancaq bunun cəmi 2 milyon kubmetri gölə buraxılır və yerdə qalan su hədərə gedir. Bu, qanunsuz tikintilər və quyular gölün qurumasına səbəb olur”.

Bundan öncə isə Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizə İdarəsinin rəisi Həsən Abbasnejad Qurugölün milli və beynəlxalq siyahıya salınmış təbiət abidəsi kimi bütünlüklə məhv olmaq üzrə olduğu barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, bir tərəfdən İran rejiminin yarıtmaz siyasəti və qeyri-standar layihələri, digər tərəfdən isə ərazidə formalaşdırılan uyğun olmayan həyat tərzi ekoloji fəlakətlərin baş verməsinə səbəb olur.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …