Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna Xarkovda Rusiya qərargahlarına hücum edib, çox sayda rus hərbçini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Rusiyanın iki qərargahını sıradan çıxarıb.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib. İlkin məlumata görə, bir neçə yüz hərbçi öldürülüb.

“Hava-desant qüvvələrinin qərargahı, ikinci birləşmiş ümumi ordu qərargahı İzyuma iki zərbə endirib. Hətta ən az rəqəmlə hesablasaq bir yerdə 100, başqa yerdə 200, üçüncü yerdə azı 100 meyit hesablanıb. Rəqəmlərin yuxarı həddi 200-300-dür”, – Arestoviç bildirib.

“Siz bilməlisiniz ki, bunlar yüksək rütbəli zabitlərdir”, – o vurğulayıb.

Arestoviç, həmçinin şənbə günü KİV-də Rusiya Hava-Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general A.D.Simonovun öldürülməsi ilə bağlı yayılan məlumatı şərh edib.

“Dəqiqləşmə tələb edən bəzi məlumatlara görə, Hava Desant Qüvvələrinin qərargah rəisi məhv edilib”, – o vurğulayıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …