“Le Fiqaro”dan terrorçu Sepah-ın İran adlanan yerdə hər şeyi qamarlamasına dair etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransada dərc edilən “Fiqaro” qəzetinin uzun illər İranda baş verən prosesləri izləyən müxbiri Corc Malbruno hesab edir ki, islam cümhuriyyəti daxilində “təmizləmə” siyasətinin yeni mərhələsi başlayıb.

Jurnalistin fikrincə, burada əsas məqsəd “yadları” (qeyri-inqilabçıları) sıxışdırıb aradan çıxarmaq və bütün gücü Sepah-ın əlində cəmləşdirməkdir. Bu, nüvə danışıqlarının taleyinin Ukrayna müharibəsi ilə bağlı olduğu bir vaxtda baş verir.

Corc Malbruno iki ayrı mövzuda İranın daxili proseslərini və onun Moskva ilə əlaqələrini araşdırıb. O, “Tehran müşahidəçiləri”nin müşahidə və açıqlamalarına əsaslanaraq belə qənaətə gəlib ki, rejim islahatçılara və qeyri-inqilabçılara yaxın olan bütün ünsürləri aradan qaldırmaq, SEPAH və ona yaxın qüvvələrin gücünü və üstünlüyünü artırmaq üçün yeni təmizləmə siyasəti ilə məşğuldur.

“Tehranlı müşahidəçi” iqtisadi və maliyyə dairələrində bir növ “təmizləmə”nin başladığını bildirib.

Həmçinin yoxlayın

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Qərbi Azərbaycana təyin edilən əcnəbi vali vilayətin təhsil işini kürd mühacirinə həvalə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan və kürd valisi, kürd …