Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran rejimi etiraz qorxusundan stadionlara giriş qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi tərəfdarların etirazı qorxusunda koronanı bəhanə edərək yenidən stadionlara giriş qadağan etdi.

İran Futbol Liqası Təşkilatının yaydığı məlumata görə, ölkədə keçirilən futbol yarışlarında bütün oyunlar tamaşaçıların iştirakı olmadan keçiriləcək.

Məlumatda yeni qərarın İran Daxili İşlər Nazirliyinin koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı çağırışına əsasən verildiyi qeyd olunub. Ancaq yeni qərarın hökumətin mayın 6-dan ərzaq qıtlığı və bahalığa qarşı başlayan etiraz aksiyalarının daha da genişlənməsindən qorxduğu ilə bağlı olduğu bildirilir.

Bundan bir neçə ay öncə koronavirusdan gündəlik ölənlərin sayının 3 rəqəmli olduğu halda, stadionlara girişə icazə verilmişdi. Hazırda isə ölüm sayının bir rəqəmli olduğu halda, pandemiyanın yayılmasının qarşısının alınmasına görə belə qərarın verilməsi inandırıcı görünmür.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …