BMT azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı İrana müraciət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT mayın 17-də azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı İrana müraciət edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Katibliyi İrana müraciət edərək İsveç-İran vətəndaşı, azərbaycanlı alim Əhmədrza Cəlalinin barəsində çıxarılan edam qərarını ləğv etməyə çağırıb.

Bir neçə gün öncə isə Avropa Birliyinin nümayəndəsi və nüvə müzakirəçisi Enrike Mora mayın 13-də Tehrana səfəri zamanı İran dövlətindən azərbaycanlı alim Əhmədrza Cəlalinin azad edilməsini tələb etmişdi.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə müraciətlərə cavab olaraq Cəlalinin ağır cinayətdə ittiham olunduğunu deyib: “Cəlalinin cinayət işi təhlükəsizliklə bağlıdır. O, Avropa ölkələrindən birinin dəstəyi ilə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət edib və nüvə alimlərinin həyatlarının itirilməsinə səbəb olub”.

O, buna baxmayaraq alimin edam hökmünün icrasının başqa bir vaxta təyin olunması yönündə məsləhətləşmələr aparıldığını söyləyib.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. O həmin dövrdən İran rejimi tərəfindən edama məhkum olunmuşdur.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …