Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ukrayna Rusiyanın 203 hərbi təyyarə və 167 helikopterini vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 85-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 28 500 hərbçi, 1254 ədəd tank, 3063 ədəd zirehli döyüş maşını, 595 ədəd artilleriya sistemi, 199 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 203 ədəd hərbi təyyarə, 167 ədəd helikopter, 2157 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 455 ədəd PUA, 43 ədəd xüsusi texnika, 103 qanadlı raket itirib.

Həmçinin Ukrayna hərbçiləri Xarkov vilayətinin Dementyevka kəndini Rusiya ordusundan azad edib.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …