Cümə axşamı , Noyabr 19 2026
azfa

İran rejiminin prokuroru Şiri qardaşlarının ailəsini hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurlarıı tərəfindən həbs edilən Təbrizdə mayın 19-da yaxalan azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşlarının ailələri rejimin prokuroru tərəfindən hədələnib.  

Rejimin məmurları fəalların həbs edilməsi səbəbi və nədə ittiham olunduqları barədə onların yaxınlarına məlumat verilmirlər.

Mayın 29-da Şiri qardaşlarının ailələri onların durumları ilə maraqlanmaq üçün Təbrizin “Beheşti” Məhkəməsinə müraciət edib.

Qardaşların “cinayət işini” araşdıran Musəvi soyadlı müstəntiq fəalların ailələrini təhqir edib və onlara qardaşlar barədə hər hansı məlumat verməyib.

“Onlar hökumətə qarşı təbliğat fəaliyyətləri ilə məşğul olublar. Əgər siz də mövcud durumdan narazısınızsa bu ölkədən gedə bilərsiniz”-deyə, Musəvi məhbusların ailələrinə cavab verib.

“Bu ölkə bizimdir və buradan getmək fikrimiz yoxdur.

Bu ölkənin uğrunda çox qanlar tökülüb. Heç yerə getmək fikrimiz yoxdur. Buradan kimsə gedəcəksə o da sizsiniz. Bir gün ədalət qurulacaq və siz bu zülmlərə görə cavab verməli olacaqsız”-deyə, Şiri qardaşlarının doğmaları müstəntiqə cavab olaraq bildiriblər.

Mübahisədən sonra müstəntiq Davud və Əyyub Şiri qardaşlarının ailəsini təhqir edib və onların təcridxana qalma müüddətini artırdığını bildirib.

Qeyd edək ki, mayın 19-da Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılmışdılar.

Azərbaycanlı fəallar Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

GADTB-dən Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı təşəkkür məktubu

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı …

Zəncanda ustad aşıq “Müslüm Əsgəri”nin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” mərasimi keçiriləcək

GADTB: Zəncanın “İşraq” Ədəbi Birliyi ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” …