Çərşənbə , Sentyabr 30 2026
azfa

Ərbildə sosial partlayış: etirazlara polis müdaxiləsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarixdə heç bir dövləti və dövlətçilik təcrübəsi olmayan İraq kürdlərinin Ərbil və Süleymaniyyə şəhərində sosial partlayış baş verib. Sosial partlayış nəticəsində kütləvi etirazlar başlayıb.

Əhali maaşların gecikməsinə və kəsilməsinə görə nümayişlər keçiriblər. Onlar əməkhaqlarının vaxtında və tam şəkildə ödənilməyəcəyi təqdirdə aksiyalara davam edəcəklərini bildiriblər.

Kürdlər “mafiya hökuməti”, “artıq yetər, bu hökmranlıq devrilsin” şüarları səsləndiriblər.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin yoxlayın

Azərbaycan istehsal etdiyi PUA və başqa silahlarını nümayiş etdiyib

GADTB: Azərbaycan istehsal etdiyi PUA və başqa silahlarını nümayiş etdiyib.  “ŞAHİN-E” çoxfunksiyalı pilotsuz uçuş aparatı …

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

Bir cavab yazın