Sayın Mikayil Oytanın avstraliyalı millət vəkilləri ilə görüşü Azərbaycan mətbuatında geniş əks etdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanın avstraliyalı millət vəkilləri ilə görüşü Azərbaycan mətbuatında geniş əks etdirilib.

Azərbaycanın “Azərtac” və s. saytları “Avstraliyadakı diaspor təşkilatımız Yeni Cənubi Uels ştatının parlamenti ilə əlaqələri genişləndirir” başlığı altında xəbər dərc ediblər:

Avstraliyanın Yeni Cənubi Uels ştatında fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ştatın parlamenti ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

Bu barədə AZƏRTAC-a AAA-nın sədri Mikayıl Oyta məlumat verib.

Assosiasiyanın sədri bildirib ki, parlamentin deputatı Mayk Frilenderlə görüşdə qarşılıqlı fəaliyyətin istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Görüşün nəticəsi olaraq tərəflər arasında dostluq və əməkdaşlıq haqqında memorandum imzalanıb. Parlamentin deputatının ofisində keçən görüşdə Avstraliyanın Şərqi Asiya İcma Şəbəkəsinin rəhbərliyi də iştirak edib.

Ştat parlamentinin digər deputatı Pol Linçlə keçirilən görüş zamanı isə ölkələrimiz arasında münasibətlər, Azərbaycan icmasının fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Diaspor təşkilatının sədri Azərbaycan icmasının və ştat parlamentinin üzvlərinin qatıldığı dostluq qrupunun yaradılması barədə təkliflə çıxış edib.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …