Təbriz Urmiya gölü qrafiti; “Bu qan yerdə qalmayacaq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 10-da Təbrizdə azərbaycanlı milli-mədəni fəallar divarlara şüarlar yazıb, qrafitlər çəkməklə Urmiya gölünün qurudulmasına öz etirazlarını bildiriblər.

Azərbaycanlı fəallar divarlara Urmiya gölünün qrafiti olmaqla “Bu qan yerdə qalmayacaq”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir” və s. şüarlar yazmaqla İranın irqçi fars-molla rejiminə Urmiya gölünü qurudub, Güney Azərbaycanı məhvetmə prosesinə davam etməsinə görə xəbərdarlıq ediblər.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub və azərbaycanlı fəalların etirazından sonra isə gölün bərpasına söz versə də, sözünü tutmayıb. Əksinə rejim körfəzdən farsların yaşadığı səhralıqlara milyardlar xərcləməklə su çəkir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …