Bazar ertəsi , May 11 2026
azfa

Üç türk ölkədən Zəngəzur dəhlizinin açılması barədə bəyannamə imzaladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovun imzaladığı Daşkənd bəyannaməsində deyilir.

Bəyannamədə tərəflər Azərbaycanın münaqişədən sonra ərazilərinin bərpasında, investisiya yolu ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin rekonstruksiyası və reinteqrasiyasında səylərinin dəstəklənməsinin vacibliyini ifadə ediblər.

Sənəddə qeyd olunub ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasında Türkiyə və Özbəkistan şirkətlərinin iştirakını yüksək qiymətləndirir.

Bəyannamədə həm də bildirilib ki, tərəflər Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün vacibliyini vurğulayır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb ki, Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq.

“Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, – o vurğulayıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …