Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İranın Ukraynaya qarşı Rusiyaya casusluq edəcək “Xəyyam” peyki Rusiya tərəfindən orbitə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ukraynaya qarşı Rusiyaya casusluq edəcək “Xəyyam” peyki Qazaxıstandakı Baykonur kosmodromundan “Soyuz” peyk daşıyıcısı vasitəsilə yerin orbitinə buraxılıb.

Bu gün səhər saatlarında İrana məxsus “Xəyyam” peyki Rusiyanın “Soyuz” peyk raketi ilə Qazaxıstandakı Baykonur kosmik bazasından orbitə buraxılıb.

“Xəyyam” peykinin İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunduğu iddia olunur.

Ancaq bir sıra mənbələr, xüsusilə qərb mənbələri “Xəyyam” peykinin İran və Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə edilmək üçün hazırlandığı bildirilir. Xüsusilə bu peykin Ukraynaya qarşı Rusiyaya casusluq ediləcəyi bildirilir.

Həmçinin yoxlayın

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …