Bazar ertəsi , May 6 2024
azfa

Rusiyanən maneə törətməsindən sonra Qazaxıstan neftini Azərbaycan vasitəsilə ixrac etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanın sentyabr ayında Azərbaycanın ən böyük boru kəməri vasitəsilə öz xam neftinin bir hissəsini Avropaya satmağa başlayacağı gözlənilir, çünki ölkə Rusiyanın bağlamaqla hədələdiyi marşruta alternativ axtarır.

Bu barədə “Röyter” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qazaxıstan neftinin ixracı qlobal tədarükün 1 faizindən çoxunu və ya gündə təxminən 1.4 milyon barel təşkil edir. Qazaxıstan öz neftini ötən 20 ildə Xəzər boru kəməri (CPC) ilə Rusiyanın Qara dənizdəki Novorossiysk limanına çatdırır və dünya bazarına çıxarırdı.

Rusiya iyulda CPC-ni bağlamaqla hədələyib, bu da Qazaxıstan hökumətini və əsas xarici istehsalçıları ehtiyat tədbiri olaraq digər bazarlarda müqavilələr imzalamağa sövq edib.

Vəziyyətlə tanış olan mənbə bildirib ki, Qazaxıstanın dövlət şirkəti “Kazmunayqaz” Azərbaycanla onun boru kəməri ilə ildə 1.5 milyon ton neftinin satışına icazənin verilməsi ilə bağlı danışıqlar aparır. Razılaşma əldə edilsə, Qazaxıstan nefti Azərbaycan üzərindən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdıracaq.

Mənbə bildirib ki, yekun müqavilə avqustun sonunda imzalanmalıdır və Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə axın bir aydan sonra başlayacaq.

Mənbələrə görə, 2023-cü ildə daha 3.5 milyon ton Qazaxıstan nefti Azərbaycanın digər boru kəməri Supsa ilə Gürcüstan üzərindən tədarük edilə bilər.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …