Cümə axşamı , May 7 2026
azfa

Əhmədinejad İran adlanan ölkənin İngiltərənin təsiri altında olduğunu bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin məhkəmə sistemi İngiltərənin təsiri altındadır.

Axar.az xəbər verir ki, bunu İran adlanan ölkənin  keçmiş prezidenti Mahmud Əhmədinejad “Dolatebahar” adlı sayta açıqlamasında deyib.

Əhmədinejad yaxın adamı Rəhim Meşainin həbs edilməsindən əvvəl Londonu tənqid etdiyini deyib.

Əhmədinejad  deyib: “İngiltərənin İranın daxili işlərinə qarışmasına etiraz edən bir insan niyə məhkəmə sisteminin qəzəbinə tuş gəlib gizli şəkildə mühakimə olunur? Əgər çəkindikləri nəsə yoxdursa, Britaniya Xarici İşlər naziri Boris Consonun 2017-ci ilin dekabrında Tehrana səfəri zamanı keçirilən görüşlərin mətnlərini yaysınlar və istintaqı da ictimaiyyətə açıq şəkildə aparsınlar”.

Qeyd edək ki, Əhmədinejadın prezidentliyi dövründə onun müavinləri olan İsfəndiyar Rəhim Meşai və Həmid Beqai korrupsiyada ittiham olunaraq həbs edilmişdilər. Beqai 15 il azadlıqdan məhrumedilmə və 80 şallaq cəzasına məhkum olunmuşdu.

Rəhim Meşai də həbsindən əvvəl İngiltərənin Tehrandakı səfirliyi qaşısında keçirilən aksiyaya qatılaraq, Beqai haqqında çıxarılan qərarda Londonun təsiri olduğunu bildirmişdi. Artıq irqçi fars rejimin daxilində ciddi ixtilafın yarandığı və hakimiyyət qanadlarının bir-birini məhv etmə cəhdi aşkar hal almışdır.

 

Həmçinin yoxlayın

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

Bir cavab yazın