Çərşənbə , Sentyabr 23 2026
azfa

Ərdəbil Urmiya gölünün qurudulmasına etiraz olaraq vərəqələr yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində sentyabrın 8-də bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiya gölünün quruması etiraz olaraq çox sayda vərəqələr hazırlayaraq geniş şəkildə şəhərdə yayıblar.

Azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etiraz edərək rejimə bu təqdirdə duz fırtınalarına əmələ gələcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Azərbaycanlı fəallar hazırladığı vərəqələrdə “Məsul şəxslər urmiya gölünü dəfn etmək yerinə onu bərpa etsinlər”

“Urmiya gölünün ölümü- duz fırtınalarının başlanğıcı – Azərbaycanın ölümüdür”

“Azərbaycanın ürəyinin dayanması, İranın beyin ölümü keçirməsinə səbəb olacaq” və s. şüarlar yazılıb.

Ərdəbil şəhərlərində azərbaycanlı milli-mədəni fəal İran rejiminin Urmiya gölünü qurutmasına ciddi şəkildə etiraz edib və bu məsələnin ağır nəticələri ilə bağlı xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …