Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Ermənistan və İran Norduz gömrüyünün ərazisini təcili olaraq genişləndirirlər

GADTB: “Fars News” xəbər verir ki, İranın “Araz” Azad İqtisadi Zonasının icraçı direktoru Məcid Kiyani dünən Tehran Ticarət Palatası tərəfindən keçirilən İran-Ermənistan bank biznes forumunda deyib: “Araz” Azad İqtisadi Zonası İranın Ermənistanla və Avrasiya bazarları ilə yeganə sərhədi olmasına baxmayaraq Ermənistana son səfərimdə belə nəticəyə gəldik ki, bu ölkə ilə iqtisadi-ticarət əlaqələrini genişləndirməklə bağlı problemlərin qaynağı hər iki tərəfin potensialının üzə çıxarılmamasıdır.

“Hesab edirəm ki, həm İran, həm də Ermənistan dərhal Norduz gömrüyündə öz imkanlarını inkişaf etdirməlidirlər Bunun üçün aparılan layihələndirmə əsasında Norduz gömrüyünün ərazisi əlavə olaraq 8 hektar artırılacaq”,-deyə o əlavə edib.

Kiyaninin sözlərinə görə, 2021-ci ildə İranla Ermənistan arasındakı Norduz gömrüyündən 24 min yük avtomobili vasitəsilə həyata keçirilmiş idxal-ixracın həcmi 273 min ton olub. Gömrüyün xarici tranzit həcmi 2020-ci ildə 164 milyon dollar olub ki, cari ilin ilk 5 ayında bu rəqəm əvvəlki ilin 5 ayı ilə müqayisədə 30 faiz çoxalıb”./Azad İran

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …