Urmiyada şüarlar: “Su sədlərin dalında – Lisanilər zindanda”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Urmiya gölü qəsdən qurutması və azərbaycanlı fəalları həbsə atması ciddi etirazlarla qarşılanır.

Güney Azərbaycanın Urmiya şəhərində bir qrup azərbaycanlı fəal sentyabrın 11-də Urmu gölünün irqçi fars rejim tərəfindən qəsdən qurumasına etiraz olaraq divar yazıları ilə öz istəklərini çatdırmağa çalışıblar.

Azərbaycanlı fəallar bu yolla Urmiya gölünün qurudulmasına etiraz edib və Abbas Lisani kimi azərbaycanlı milli fəalların həbsə atılmasını dilə gətirməklə Güney Azərbaycanın irqçi və işğalçı fars rejiminin zülmü altında inlədiyini təsvir etməyə çalışıblar.

Onlar  “Su sədlərin dalında, Lisanilər zindanda”, “Abbas Lisanini azad edin”, “Urmu gölü məhv olur, su bəndlərini açın” və s. şüarlar yazmaqla həmçinin Abbas Lisaninin sərbəst buraxılmasını tələb ediblər.  

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölünü qurutduqdan sonra artıq gölü qəsdən qurutduğuna etiraf edib və bunun guya iqtisadi mənfəəti olduğuna əhalini inandırmağa çalışır. Lakin heç kimə sirr deyil ki, molla rejimi gölü qurutmaqla Azərbaycanı xarabaya çevirib, əhalini köçürməklə Azərbaycanı məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …