Ermənistanın son təxribatına Azərbaycanın sərt cavabından sonra İran yenə sərhədə hərbi texnika yeritdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanı dəstəkləyən İran Azərbaycanın Ermənistan təxribatına sərt cavab verəndən sonya yenə sərhədə hərbi texnika yeridib.

İranın terrorçu Sepah təşkilatına bağlı sosial şəbəkələr yazır ki, İran ordusunun piyada və zirehli bölmələri Ermənistanla sərhəddə yerləşdirilib.

Bununla bağlı Sepah-ın teleqram kanalında yazılıb: “Dünəndən etibarən İran və Ermənistan sərhədində 100 faiz döyüş hazırlığı yaradılıb, ordunun piyada və zirehli bölmələri sərhəddə yerləşdirilib”.

Qeyd edək ki, İran II Qarabağ müharibəsində Azərbaycanın qələbəsini və öz ərazini azad etdiyini gördükdə artıq dözməyib Azərbaycanla düşmənçiliyini açıq müstəviyə daşıdı və dəfələrlə Araz kənarına Azərbaycana qarşı qoşun yeritdi. İndi də İran Ermənistanı himayə etmək məqsədilə yenə Araz kənarına qoşun yeridib və terrorçu Sepah Azərbaycanı hədələyir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …