Cinayətkar molla rejimi dinc etirazları həmişəki kimi qətilamla boğmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cinayətkar fars-molla rejimi əhalinin dinc etirazlarını həmişəki kimi qətilamla boğmağa çalışır.

Hələ etirazların ilk günləri olmasına baxmayaraq cinayətkar molla rejimi ən az 10 nəfəri güllələyərək öldürüb.

Sentyabrın 21-i gecə saatlarında davam edən etirazlarda molla rejiminin qüvvələri dinc əhaliyə birbaşa atəş açıb.

İnsan haqları təşkilatları hələlik etiraz aksiyaları zamanı ən azı 10 nəfər molla rejiminin polisinin birbaşa açdığı atəş nəticəsində qətlə yetirildiyini müəyyənləşdiriblər.

Sentyabrın 22-də isə güllələnərək öldürülən daha iki nəfərin kimliyini dəqiqləşdirmək mümkün olub.

Kermanşahda Minu Məcidi adlı orta yaşlı qadın xüsusi təyinatlıların atəşi nəticəsində həyatını itirib və onun cənazəsi ailəsinə təhvil verilməyib.

Həmçinin keçəm Qərbi Azərbaycan əyalətinin Üçnova (Üşnəviyə) şəhərində rejimin xüsusi təyinatlılarının əhaliyə açdığı atəş nəticəsində 27 yaşlı Sədrəddin Litani adlı dinc sakin həlak olub. Bu şəhəri atəşə tutma nəticəsində çox sayda insanın da yaralandığı bildirilir.

İran rəsmiləri isə dünən 7 etirazçının öldürüldüyünü təsdiq edib, lakin onların ölümünün şübhəli şəraitdə baş verdiyini iddia ediblər.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …