Güney Azərbaycan və İran şəhərlərin etirazlar kəskin şəkildə davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 26 sentyabr axşam və gecə boyu Güney Azərbaycanın Təbriz, Qürvə, Tehran və s. şəhərlərinə irqçi fars rejimə qarşı etirazlar davam edib.

Təbrizdə dünən axşam 6-da Şahnaz küçəsində etiraz aksiyası keçirilib. Etirazçılar “Ölüm olsun diktatora”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm millətçi”, “Azərbaycan var olsun- istəməyən kor olsun” və Urmiya gölünün qurudulmasına qarşı şüarlar səsləndiriblər.

Qürvə və Tehranın müxtəlif məhəllələrində də irqçi fars rejimə qarşı etirazlar davam edib.

Həmçinin İranın İsfahan, Babolsər, Şiraz, Kermanşah, Sənəndəc, Yəzd və s. şəhərlərində etirazlar davam edib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …