Cümə axşamı , Sentyabr 24 2026
azfa

Mərənddə İrfan Şahbazi və Hamid Purəbutalib yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Mərənddə etirazlarla bağlı İrfan Şahbazi və Hamid Purəbutalibi yaxalayıb.

Azərbaycanlı fəallar İrfan Şahbazi və Hamid Purəbutalib Sentyabrın 17-də Güney Azərbaycanın Mərənd şəhərində kütləvi dinc etiraz aksiyaları zamanı həbs ediliblər. Lakin fəalların ailəsinə onların vəziyyəti barədə hələ də məlumat verilmir.

Azərbaycanlı fəalların ailə üzvləri onların saxlanılma səbəbləri, ittihamları və harada saxlanıldıqları barədə məlumat ala bilmirlər.

İrfan Şahbazı və Hamid Purəbutalibin başqa bir neçə nəfərlə birlikdə həbs edildikləri zaman ağır şəkildə döyülüb və bədən xəsarətləri aldıqları bildirilir. Ona görə də, ailələri onların sağlıq durumundan nigarandılar.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …