Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycanın bəzi şəhərlərində etiraz mitinqləri keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz, Zəncan, Həmədan, Qəzvin, Kərəc, Tehran və s. şəhərlərində etiraz mitinqləri keçirilib.

Təbrizin mərkəzində yerləşən Şahnaz küçəsi və tarixi Ərk qalası ətrafında, eləcə də Təbriz Universitetində  etiraz aksiyaları keçirilib.

Aksiyada “Ölüm olsun Xameneyiyə” və “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirilib.

İnternetin məhdudlaşdırıldığı və bir sıra bölgələrdə tamamilə kəsildiyi üçün ətraflı məlumat əldə etmək çətinləşib.

Zəngan, Həmədan, Qəzvin, Kərəc və Tehranın müxtəlif bölgələrində də möhtəşəm mitinqlər keçirilib.

https://www.youtube.com/shorts/uyBxPPJ0XtM

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …