Bazar , Avqust 30 2026
azfa

Molla rejimi azərbaycanlı vəkil Məhəmmədrza Fəqihini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı vəkil Məhəmmədrza Fəqihini həbs edib.

Tehranda yaşayan azərbaycanlı hüquqşünas və vəkil oktyabrın 12-də Tehranda molla rejiminin ETTELAAT məmurları tərəfindən həbs edilib. Azərbaycanlı vəkil həbs ediləndən sonra naməlum istiqamətə aparılıb.

Azərbaycanlı vəkilin Tehranda “Etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə görə yaxalandığı bildirilir.

Qeyd edək ki, Ərdəbilin Hir şəhərindən olan Məhəmmədrza Fəqihi bundan öncə başqa bir neçə vəkillə birlikdə yaxalanaraq, həbsə məhkum edilmişdilər.

Azərbaycanlı vəkil bundan öncə bir sıra milli fəaların, o cümlədən Abbas Lisaninin vəkili kimi onu məhkəmədə müdafiə etmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …

Güney Azərbaycan Milli Hərəkatının 11 fəalı cəzalarının icrası üçün məhkəməyə çağırılıb; Həmid Yeganəpurun səhhəti narahatlıq doğurur

GADTB: Təbrizdə Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbə «Demokratlar» kimi tanınan iş üzrə Cənubi Azərbaycan …