Bazar , Avqust 23 2026
azfa

Molla rejimi prezident səviyyəsində Ermənistana görə Azərbaycanı hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın fars-molla rejimi açıq şəkildə prezident səviyyəsində Ermənistana görə Azərbaycanı hədələyir.

Xameneidən sonra dünən molla rejiminin prezidenti İbrahim Rəisi “Tvitter” səhifəsidə Azərbaycan Prezidentinə qarşı hədə dolu post paylaşıb:

Rəsinin paylaşdığı postub başlığında yazılıb: “Rəisinin İlham Əliyevə sarı kart göstərməsi və İran-Ermənistan geosiyasi sərhədi ilə bağlı ciddi xəbərdarlığı

Regionun tarixi, geosiyasi sərhədləri və İran-Ermənistan tranzit yolunda hər hansı dəyişiklik tərəfimizdən qəbul edilməz və dözülməzdir”.

Eyni zamnada İranın əsas qüvvəsi olan terror təşkilatı Sepah da artıq Azərbaycana qarşı təyyarələr göyə qaldırdığını yazıb.

Terrorçu Sepah-a bağlı “Kanale-Sepahe-pasdaran” adlı “Telegram” kanalı  Azərbaycanı işğalçı adlandırıb və təhdid edərək yazır: “Bir neçə dəqiqə öncə İran İslam Respublikasının Hərbi Hava qüvvələrinə məxsus bir neçə döyüş təyyarəsi Bakının işğalında olan ərazilər və İranın sərhəd xətlərində patrul xidməti həyata keçirib. Bu, Bakının işğalçı rejiminə xəbərdarlıqdır, siyasətinizi düzəltmək üçün sizə vaxt veririk, amma İran xalqına qarşı düşmənçilik siyasətinizi davam etdirsəniz, görüşümüz Bakıda və mühakimə masasında olacaq”.

Qeyd edək ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdə\n sonra İran daha açıq müstəvidə Azərbaycana qarşı hücuma keçib.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …