Bazar , Oktyabr 18 2026
azfa

Türkiyə mətbuatı Makron Qarabağ təxribatını ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Türkiyə” qəzetinin yazarı Yılmaz Bilgin sensasion açıqlama ilə çıxış edib.

O, məqaləsində “Qafqazda Ermənistan və Aralıq dənizində Yunanıstanı oyuncağa çevirmək istəyən Fransanın sözün əsl mənasında odla oynadığını” bildirib.

“Makronun Qarabağı işğal planı var. O, bölgəyə 2000 əsgər göndərmək istəyir. Qarabağa 15 bəndlik işğal planı hazırlayan Fransa Prezidenti Avropa Birliyi ölkələrindən dəstək istəyib. O, həmçinin Nikol Paşinyana danışıqlar prosesini uzatmağı tapşırıb. Makron “Azərbaycan-Türkiyə müttəfiqliyinin uğurlarının həm meydanda, həm də masada təkrarlanması Ərdoğana 2023 seçkilərində böyük bir imkan verəcək” deyib”, – müəllif iddia edib.

Qeyd edək ki, Yılmaz Bilgin iddiasının hardan qaynaqlandığı və “15 bəndlik işğal planı”nda nələrdən bəhs edildiyini açıqlamayıb. 

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …