Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin məmurları Ərdəbildə azərbaycanlı fəalı həbs etməyə cəhd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd edib.

Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparıblar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları bir neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …