Cümə axşamı , Avqust 27 2026
azfa

Molla rejimi Urmiyada azərbaycanlı milli fəal qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi oktyabrın 26-da həbs etdiyi azərbaycanlı milli fəal Davud Kabalını qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

Azərbaycanlı fəalın ailəsi bildirib ki, fəalın xəstə olduğu barədə həkimlərin yazılı rəyi olmasına baxmayaraq, o hazırda Urmiya Polisinin təhlükəsizlik bölməsində həbsdə saxlanılır və müalicəsinə də icazə verilmir.

Oktyabrın 26-da Urmiya şəhərinin Ustadan küçəsində etiraz aksiyasında rejimin məmurları tərəfindən həbs edilən azərbaycanlı milli fəal Davud Kabalı qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır və onun nədə ittiham olunduğu barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Molla rejimi Cəbrayıl Pakruhu səhhətinin ağır vəziyyətdə olmasına və xəstəxanada yatmasına baxmayaraq həbsxanaya çağırıb

GADTB: Azərbaycanlı fəal Cəbrayıl Pakruh miyasteniya qravis (MG) xəstəliyi səbəbindən Təbrizdəki Razi Xəstəxanasının nevrologiya şöbəsində …

ABŞ Enerji naziri Kris Rayt: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi variant gündəmdən çıxarılmayıb

GADTB: ABŞ Enerji naziri Kris Rayt bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq …