Cümə , Noyabr 27 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı qadın vəkil Negin Kəyanini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, azərbaycanlı vəkil Negin Kəyanini həbs edib.

Azərbaycanlı vəkil iki həftə öncə yaxalansa da, onun həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Azərbaycanlı vəkili Təbrizdə keçirilən etirazlara qatılaraq yaxalanan qadınları müdafi etməsi olub.

Negin Kəyaninin həbsi barədə azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O yazıb ki, Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülməyib və o qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Qeyd edək ki, oktyabrın 15-də Güney Azərbaycandan olan azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da yaxalanmışdılar.

Həmçinin yoxlayın

Avstraliya SEPAH-la əlaqəli iki şəxsi terrorizmin maliyyələşdirilməsi ilə bağlı sanksiyalara məruz qoyub

GADTB: Avstraliya hökuməti cümə günü, 6 azər 1405-ci il tarixində, Sidney və Melburn şəhərlərində yəhudilərə …

Azərbaycanlı ekoloq fəal Milad Balsini hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB: Azərbaycanlı yazıçı, tədqiqatçı, jurnalist, ictimai və ekoloji fəal Milad Balsininin həbsindən 101 gün keçməsinə …