Molla rejimi azərbaycanlı öyrənci fəalı Pinar Şakiri məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan azərbaycanlı milli fəal, şair və öyrənci Pinar Şakiri Xoy şəhərindəki rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırıb.

Rejimin məhkəmənin elektron sistemi vasitəsilə Pinar Şakirə göndərilən çağırışda ona qarşı “Hökumətə müxalif qruplara üzv olmaq və hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Çağırışda bildirilib ki, azərbaycanlı milli fəal noyabrın 1-də rejimin həmin məhkəməsinə müraciət etməlidir.

Azərbaycanlı fəal bundan öncə “Azərbaycan Mədəniyyət Evi” mərkəzinin qadınlar bölməsinin sədri olub.

Azərbaycan Mədəniyyət Evi isə molla rejiminin ETTELAAT İdarəsinin göstərişi ilə bağlanıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …