Bazar , Dekabr 29 2024
azfa

Naxçıvanla bağlı təxribata DTX-dan reaksiya

GADTB: Son günlər Naxçıvan Muxtar Respublikası ilə bağlı təxribat xarakterli xəbərlər yayılır. Saxtalığı şübhə doğurmayan bu xəbərlərin İrandan qaynaqlandığı elə ilk baxışdan diqqətə çarpır. Məsələ cəmiyyətdə də ciddi təpkiyə səbəb olmaqla Azərbaycanın müvafiq qurumlarının diqqətini cəlb edib. Məhz buna görə də Dövlət Təhlükəsizliyi Xidməti açıqlama yayaraq bu informasiya təxribatına münasibət bildirib.

“Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanmışdır.

“Bildiririk ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır”, – deyə DTX-nın açıqlamasında bildirilir.

Həmçinin yoxlayın

İran hökuməti mollalarla birlikdə türklər əleyhinə fəaliyyətlərindən geri qalmır

GADTB: ISNA xəbər verib ki, bu gün İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı …

Molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə 5 aydır doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə …