Molla rejimi Təbriz etirazlarında Sayınqaladan olan azərbaycanlı öyrəncini qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Tibb Elmləri Universitetində təhsil olan Güney Azərbaycanın Sayınqala şəhərindən olan Mürtəza Şirməhəmmədini qətlə yetirib.

Azərbaycanlı öyrəncinin cəsədi dəfn üçün noyabrın 2-də ailəsinə təhvil verililib. Lakin molla rejiminin məmurları azərbaycanlı öyrəncinin qətlə yetirtilməsi xəbərini yaymamaq və dəfn mərasimini gizli və sakit keçirmələri üçün hədə-qorxu gəliblər.

Etirazlarda qətlə yetirilən Mürtəza Şirməhəmmədi noyabrın 2-də Sayınqalanın Xəlvət kəndində sakit şəkildə dəfn edilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi dinc etirazlarda yüzlərlə dinc etirazçını qətlə yetirib, minlərlə şəxsi yaxalayıb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …