Azərbaycanlı milli fəal Ruzbeh Pirinin sağlıq durumu pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin həbsdə saxladığı azərbaycanlı milli fəal Ruzbeh Pirinin sağlıq durumu pisləşib.

Azərbaycanlı fəal ailəsi ilə qısa telefon danışığında səhhətinin yenidən ağırlaşdığını deyib.

Azərbaycanlı milli fəal Ruzbeh Piri noyabrın 14-də ailəsi ilə qısa telefon danışığı zamanı sağlıq durumunun yenidən ağırlaşdığını və zindanın klinikasına köçürüldüyünü bildirib.

Zindanda azərbaycanlı milli fəalı müayinə edən həkimlər onun xəstəxanaya köçürülməli və müalicə olunmasının vacibliyini deyiblər.

Ruzbeh Piri və ailəsinin həkimlərin rəyi əsasında müalicə üçün girov qarşılığında azadlığa buraxılması ilə bağlı məhkəmə və başqa əlaqədar qurumlara yazdıqları məktublara mənfi cavab verilib.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …