Molla rejiminin məmurları Təbrizdə Tibb öyrəncisi Aylar Həqqini öldürdülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları Təbrizdə Tibb öyrəncisi Aylar Həqqini öldürdülər.

Noyabrın 16-ı axşam saatlarında Təbrizdə keçirilən etiraz aksiyası zamanı molla rejiminin məmurları Tibb Elmləri Universitetinin öyrəncisi Aylar Həqqini öldürüblər.

Azərbaycanlı öyrənci hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb. Lakin molla rejiminin məmurları onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar.

Binadan aşağı salınan azəbaycanlı gənc öyrənci xanım ağır bədən xəsarətləri ilə yerindəcə həyatını itirib.

Güney Azərbaycanın Məlikan şəhərindən olan öyrəncinin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsinə və Rabitə İdarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq göstərilib.

Aylar Həqqinin bu gün Təbrizdə dəfn ediləcəyi bildirilir.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …