Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimin mətbuatında Azərbaycana qarşı hədə və təhqirlər davam edir

GADTB: İranın “Mashregh News” saytında iranlı politoloqun Azərbaycan və onun Prezidentinin ünvanına təhqir və təhdid dolu yazısı dərc olunub. Yazıda təhqiramiz şəkildə deyilir:

“İranın Azərbaycanın «cürətkar» Prezidentinin qarşısında səbrinin bir həddi var”.

Azərbaycan Prezidentinin İran haqda son bəyanatına toxunan Həsən Hanizadə deyib: Cənab Əliyevin bəyanatları Azərbaycanın siyasi və coğrafi dairəsini aşır və ABŞ, sionist rejim və Türkiyənin diqtəsinə əsaslanır. Təəssüf ki, Səddam Hüseynin İrana qarşı qəbul etdiyi hücum taktikasını indi də Əliyev davam etdirir, lakin sonra  Səddamın aqibətinin necə olduğunu gördük.

Hanizadə İran rəsmilərinin Ermənistanın İran dronlarının alıcısı olduğunu açıqlamasına münasibət bildirərək jurnalistin “İran və Ermənistan arasında mümkün hərbi əməkdaşlıq Tehran-Bakı və Bakı-İran əlaqələrinin gərginləşməsinə səbəb ola bilər?”- sualına cavabında deyib:

“İran ABŞ, Rusiya və Çin kimi adi silahlar və dron istehsalçısıdır və istədikləri ölkəyə silah satmaq İranın hüququdur. Amma bu o demək deyil ki, Ermənistanın İrandan aldığı silahlar Azərbaycana qarşı istifadə olunmalıdır. İranın silahları müdafiə xarakterli və adi silahdır. Əliyev sionist rejimdən, Qərbdən və ABŞ-dan hər cür silah alır və hətta öz hərbi bazalarını həmin dövlətlərin ixtiyarına verir ki, bu da İranın milli təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur.

Azərbaycan və cənab Əliyev özü bilməlidir ki, İran təmkin nümayiş etdirib və Azərbaycanla sərhəddə gərginlik yaratmamağa çalışıb, lakin onun gülünc bəyanatlarına qarşı İranın səbrinin bir həddi var və lazım gələrsə, sərt cəzalandırılacaq!”/Azad İran

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …