Bazar ertəsi , May 11 2026
azfa

Molla rejimin yaxaladığı azərbaycanlı milli fəal Aydın Möhsünnəjaddan heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin yaxaladığı azərbaycanlı milli fəal Aydın Möhsünnəjaddan heç bir məlumat verilmir.

Noyabrın 22-də həbs edildikdən sonra ETTELAAT İdarəsinin təcridxanasına aparılan azərbaycanlı milli fəal Aydın Möhsünnəjad bir neçə dəfə dindirildikdən sonra Xoyda rejimin zindanına köçürülüb.

Fəalın yaxınlarının bildirdiyinə görə, Aydın Möhsünnəjadın məhkəmə işinə baxan müstəntiq Bəhram İbrahimi fəalın vəkillə təmin olunması və girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmasına belə icazə vermir.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərində yaşayan azərbaycanlı milli fəal Aydın Möhsünnəjad noyabrın 22-də rejimin məmurları tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …